Tramp da Yeni Zelandiyadakı qətliamı pislədi

"Tanrı hamımızı hifz etsin".

ABŞ prezidenti Donald Tramp Yeni Zelandiyada məsciddə baş verən dəhşətli qətliamı pisləyib.

O, bu barədə "Tvitter"də yazıb.

"49 insan heç bir səbəb olmadan öldürülüb, çoxları isə yaralanıb. Tanrı hamımızı hifz etsin"- deyə Tramp bildirib.

O, ölkəsinin Yeni Zelandiyaya hər cür dəstəyi verməyə hazır olduğunu da əlavə edib.(modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31