Gürcüstanda azərbaycanlı əsgəri döyən iki nəfər saxlanıldı - FOTOLAR
15 Mart 2019 12:00 DünyaBu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Gürcüstanın Hərbi Polisi Krtsanisi hərbi hissəsində əsgər Kazım Qəhrəmanovun döyülməsinə görə 2 nəfəri saxlayıb.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
İki nəfərin saxlanılması Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcək.
Tbilisi Şəhər Məhkəməsinin bu gün saxlanılan şəxlər barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.
Saxlanılan şəxslərin K.Qəhrəmanovla yanaşı digər əsgərlərə də fiziki təzyiq göstərməklə pul tələb etmələri müəyyən olunub.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31