“Aprel müharibəsi” yenidən qayıdır, Ermənistan... – İskəndəryan
14 Mart 2019 14:49 Dünya"Qarabağda 2016-cı ilin "aprel müharibəsi" ssenarisinin təkrar olunacağı istisna deyil".
Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.
Lakin İskəndəryan genişmiqyaslı müharibənin olacağını düşünmür.
"Genişmiqyaslı müharibə olmayacaq, çünki bu, dağıdıcı nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, münaqişəni müharibə ssenarisi ilə həll etmək çətindir. Çünki regionda müxtəlif güclərin maraqları var. Lakin "aprel müharibəsi" ssenarisinin təkrarlanacağını istisna etmirəm", - deyə o bildirib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31