Təqaüdçüləri təhqir edən deputat istefaya göndərildi
14 Mart 2019 14:41 DünyaRusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev az təqaüd alan təqaüdçüləri "tüfeyli" adlandırdığı üçün parlamentin tərkibindən çıxarılıb.
Volqoqrad vilayət Dumasının saytında yerləşdirilmiş məlumatda deyilir: "Bu gün Volqoqrad vilayət Dumasının dövlət quruculuğu, yerli özünüidarəetmə və ərazilərin inkişafı Komitəsi regional parlamentin üzvü Həsən Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxıb və müvafiq qərar qəbul edib".
Parlament komitəsi vilayət Dumasına bununla bağlı qanun layihəsi qəbul etməyi tövsiyə edib.
Bundan əvvəl də deputatın mənsub olduğu "Edinaya Rossiya" fraksiyası deputatın partiya sıralarından çıxarılması haqqında qərarı yekdilliklə qəbul edib.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31