Tramp İrana qarşı maksimum iqtisadi təzyiq planlayır
14 Mart 2019 13:36 DünyaABŞ sanksiyalar tətbiq edərək, İranı gündə 1,5 milyon bareldən məhrum edib.
Olaylar.az bildirir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook Hyustondakı CERAWeek enerji konfransında məlumat verib.
Hook qeyd edib ki, İranın neft istehsalının həcmini daha 1,5 milyon barel azaltdıqları üçün, İran təxminən 10 milyard dollarlıq gəlirdən məhrum olub:
"ABŞ prezidenti İrana qarşı maksimum iqtisadi təzyiq göstərməyi planlayır. O, eyni zamanda, neft bazarlarında şok bir vəziyyət yaratmaq istəyir".
Nümayəndənin sözlərinə görə, ABŞ-ın təhlükəsizlik maraqlarını nəzərə alaraq sanksiyaların pozulmasına görə cəzalandırılmadan İran neftini 8 ölkə ala bilər və bu istisna may ayına qədər davam edəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31