Rusiyanın İsveçdəki səfiri XİN-ə çağırıldı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Viktor Tatarintsevi quruma çağıraraq kəşfiyyat orqanları ilə əlaqəli bir rus diplomata görə etiraz edib.

"Kommersant" nəşrinin məlumatına görə, qurumun rəsmi nümayəndəsi Patrik Nilsson bildirib ki, 47 yaşlı diplomat Rusiyaya casusluq etdiyi şübhəsi ilə tutulan isveçli texniki məsləhətçi ilə görüşüb.

XİN həmin diplomatın könüllü olaraq ölkədən çıxarılmasını tələb edib.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31