Ermənistanla bağlı ŞOK FAKT: 9,4 milyon...
14 Mart 2019 11:34 DünyaErmənistan Baş Prokurorluğunun 2018-ci il korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatı açıqlanıb.
Publika.az xəbər verir ki, hesabatda diqqətçəkən məqamlardan biri dövlət məmurlarının dələduzluğu ilə bağlı 145 cinayət işinin başlanmasıdır.
Bu nəticə 2017-ci illə müqayisədə 29 dəfə çoxdur. Dələduzluq cinayətləri üzrə 13 rəsmi şəxsin işi məhkəməyə göndərilib.
Bundan başqa, dövlət əmlakının mənimsənilməsi işi üzrə 487 cinayət işi araşdırılıb, 171 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun yekun hesabatına görə, korrupsiya üzrə cinayət işləri dövlət büdcəsinə 9,4 milyon dollar ziyan vurub.
Qeyd edək ki, ötən il Ermənistanın 11 dövlət qurumunda çalışan ümumilikdə, 369 nəfər müxtəlif səbəblərdən həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31