Saakaşvili Poroşenkonun illərdir gizlətdiklərini açıqladı: Krımın qarşılığında...

"Ukrayna prezidenti Pyotr Poroşenko Krımı vermək qarşılığında NATO və Avropa İttifaqına üzv olmaq istəyib".

Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Sabiq prezident bildirib ki, Poroşenko 2014-cü ildə Cənubi Osetiya və Abxaziyanın Gürcüstana bir daha geri qayıtmayacağına əmin imiş. Bununla yanaşı, Poroşenko Krımın da Ukraynaya birləşdirilməyəcəyi fikrinə özünü öyrəşdirib. Lakin Kiyev hökuməti Krımın qarşılığında NATO və Aİ-yə üzv olmağı istəyirmiş. Saakaşvili qeyd edib ki, Krımın itirilməsi Ukraynanın NATO və Aİ-yə üzv olmamasına yol aça bilər. Çünki bu, regional qarşıdurmaya səbəb ola bilər.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31