Çarukyanın adamları parlamentə separatçıların əsgisi ilə gəldi

Çiçəklənən Ermənistan Partiyasının deputatları parlamentin iclasında Qarabağ separatçılarının bayraq adına əsgi parçası ilə gəlib.

Bu məlumatı "News.am" saytı yayıb. Sayta açıqlama verən partiya rəhbəri Qagik Çarukyan bununla partiyasının qondarma rejimə dəstək verdiyini bildirib:

"Bugünkü gün bizim Qarabağla bağlı ciddi problemimiz var. Biz gərək bu məsələni bütün xalq qarşısında qaldıraq, ümumi qərar qəbul edək. Belə ki, bu məsələ bütün xalqın məsələsidir".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31