13 yaşlı qız selfinin qurbanı oldu

Gürcüstanın Rustavi şəhərində 9 mərtəbəli yaşayış binasının damında selfi çəkdirmək istəyən 13 yaşlı qız yıxılaraq ölüb.

Hadisə şəhərin Leonidze küçəsi 4 ünvanında baş verib.

Şahidlərin sözlərinə görə, iki yeniyetmə foto çəkdirmək üçün binanın damına çıxıb və onlardan birinin ayağı sürüşərək yıxılıb.

Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31