Ermənistan prezidenti onu işdən qovdu
13 Mart 2019 15:33 DünyaErmənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Avetik Muradyan işdən çıxarılıb.
Bununla bağlı ölkə prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
A.Muradyan Baş nazir Nikol Paşinyanın təqdimatı ilə tutduğu vəzifədən azad olunub.
Dövlət başçısının digər sərəncamı ilə Qaqik Aslanyan Silahlı Qüvvələrin Aviasiya İdarəsinin rəisi təyin olunub.
Onun da təqdimatını N.Paşinyan verib.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31