ABŞ vasitəçiliyi bəhrə verdi: Əfqan hökuməti və Taliban anlaşdı – Təfərrüat

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla Taliban təşkilatı arasında Qətərdə 16 gündür davam edən müzakirələr başa çatıb.

Zalmay Xəlizadə 5-ci dəfədir keçirilən görüşün müsbət nəticələrlə yekunlaşdığını bildirib.

Talibanla iki məsələ ilə bağlı anlaşma əldə edildiyini deyən əfqan diplomat qeyd edib ki, bunlardan biri xarici hərbi qüvvələrin Əfqanıstandan çıxarılması, ikincisi isə digər silahlı qruplaşmaların bu ölkə üçün təhdidedici fəaliyyətlərinin qarşısını almaqla bağlıdır:

"Bununla belə, daha 2 məsələ üzərində də anlaşmaya ehtiyac var. Bunlar Əfqanıstan hökuməti ilə Taliban arasında müzakirələrin aparılması və atəşkəsin əldə edilməsi ilə bağlıdır.

Qətərdəki müzakirələrdə isə bu 4 məsələnin yalnız ikisi razılaşdırıldı, digər iki məsələ üzərində müzakirələr davam edəcək".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31