Rusiyada ən sıx məskunlaşma bu bölgələrdədir – Siyahı

Rusiyada əhalinin ən sıx məskunlaşdığı bölgə Moskvadır. Bu ilin əvvəli üçün ölkə paytaxtında 12,6 milyon nəfər insan yaşadığı məlum olub. Ötən il ərzində paytaxtda əhalinin sayı 123,8 min nəfər artıb.

Rusiya Statistika Komitəsinin açıqladığı məlumat maraqlı rəqəmlərlə yadda qalıb.

İkinci yeri Moskva vilayəti (7,5 milyon nəfər), üçüncü yeri Krasnodar diyarı (5,6 milyon nəfər) tutub. İlk beşliyə həmçinin, Sankt-Peterburq (5,3 milyon nəfər) və Sverdlovsk vilayəti daxildir (4,3 milyon nəfər).

Rusiyanın ən az məskunlaşma həyata keçirilən bölgəsi Nen Administrativ Dairəsi olub. Burada cəmi 43 min nəfər yaşayır.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31