Toyuqlar hinə girən tülkünü öldürüb - Foto + Video

Fransanın şimal-şərqində maraqlı hadisə baş verib.

Olaylar.az bildirir ki, Fransa xəbər agentliyi AFP-də yer alan məlumata görə, hinə girən tülküyə toyuqlar hücum edib. 

Le Gros Chen əkinçilik texniki liseyinə məxsus olan hinin qapıları axşam düşdükdən sonra avtomatik bağlandığı üçün tülkü toyuqlardan xilas ola bilməyib.

Liseyin şagirdləri tülkünü hində ölü olaraq tapıblar. Liseyin direktoru Paskal Daniel, açıqlamasında, "Toyuqlar bir sürü instinktiylə hücum edib. Birlik olub Tülkünü dimdikləyərək öldürüblər" deyib.

Daniel, bir əvvəlki tülkü hadisəsinin bir neçə il əvvəl yaşandığını və çox sayda toyuğun öldüyünü də qeyd edib.

https://www.dailymotion.com/video/x743zni

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31