Bu şirkət "Windows" və "Android" olmadan da çalışa bilər
13 Mart 2019 11:51 DünyaHuawei şirkətinin icraçı direktoru Yu Chengdong, Windows və Android əməliyyat sistemlərinin istifadəsindən imtina edə biləcəyini açıqlayıb.
Olaylar.az bildirir ki, açıqlamaya görə, belə bir zərurət yaranarsa,"Huawei" öz proqramlarından istifadə edəcəkdir.
Lakin, şirkət "Microsoft" və "Google" ilə əməkdaşlıq münasibətlərini olduqca əlverişli hesab edir.
Qeyd edək ki, 2018-ci ilin noyabr ayında "Huawei" mobil qurğular üzrə vitse-prezidenti Bruce Lee, şirkətin Huawei və Honor smartfonlarında "Android"i əvəz edəcək müstəqil əməliyyat sistemi üzərində işlədiyini təstiqləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31