Bu ölkə ölüm cəzasına moratorium tətbiq edəcək

Kaliforniyanın qubernatoru Gavin Newsom, ölkədə ölüm cəzasına moratorium tətbiq etməyi planlaşdırır. 

Olaylar.az bildirir ki bu barədə "The New York Times" qəzetində məlumat verilib.

Qəzetdə qeyd olunub ki, qubernator, Kaliforniyanın Cape San Quent həbsxanasında ölüm cəzalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş kameranı bağlamağı planlaşdırır.

Lakin, maraqlı məqam ondan ibarətdir ki, ölkədə 2006-cı ildən etibarən ölüm cəzası olmayıb. Göründüyü kimi, bu addım daha çox simvolik xarakter daşıyır.

Qeyd edək ki, Kaliforniya ştatında məhkumlara verilmiş ölüm cəzaları icra edilmir və məhkəmənin apardığı araşdırmalarla bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31