Tramp qızını və kürəkənini Ağ evdən qovdu

ABŞ prezidenti Donald Tramp qızı İvanka Tramp və kürəkəni Cerard Kuşnerin Ağ Evdən qovub.

Olaylar.az bildirir ki, bu barədə amerikalı jurnalist Viki Uard "Kuşner İnc." adlı kitabında yazıb.

Məlumata görə, Tramp prezident seçildikdən bir müddət sonra qızını və baş məsləhətçisini Ağ Evdən uzaqlaşdırıb. Və işini keçmiş köməkçisi Con Kelliyə tapşırıb. 

Kitabda qeyd olunub ki, ABŞ prezidentinin bu addımının səbəbi qızı və kürəkəninin mətbuat qarşısında xoşagəlməz davranışları olub.

"Nyu York Tayms"-a görə  kitab gələcək həftələrdə satışa çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31