Məşhur aktrisa Netanyahunu tənqid etdi
12 Mart 2019 17:34 Dünya"Bir-birimizə qarşı xoş münasibət göstərməliyik".
Məşhur aktrisa Gal Gadotla İsrailin baş naziri Benyamin Netanyahu arasında qalmaqal yaşanıb.
"Wonder Woman" filmi ilə ulduzu parıldayan Gal dövlət rəsmisinin "Bu ölkə təkcə yəhudilərin ata vətənidir" deməsinə etiraz edib.
O, 28 minlik instaqram səhifəsində Netanyahunun çıxışı sərt bir şəkildə tənqid edib: "Bu sağçı-solçu, ərəb, yəhudi, dindar olma məsələsi deyil. Dialoq, barış üçün dialoq qurmalı, bir-birimizə qarşı xoş münasibət göstərməliyik. Uşaqlarımıza daha yaxşı gələcək qurmaq üçün ümidimizi itirməyək və konfliktləri aydınlaşdırmaq bizim məsuliyyətimizdir".
Gadotla daha sonra yəhudilərin müqəddəs kitabı "Tövrat"dan sitat gətirərək "Qonşunu sev" sözlərini qeyd edib.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31