“O buna dəyməz” – Trampa şok təhqir
12 Mart 2019 16:54 DünyaABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Prezident Donald Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması (impiçment) müzakirələrinə münasibət bildirib.
Palata rəhbəri impiçmentə qarşı olduğunu deyib.
Nensi Pelosinin öz fikrinə verdiyi izah isə fərqli olub: "Məsələnin üzərinə belə getməyimizin əleyhinəyəm. Çünki belə bir qərar ölkəni böləcək. Tramp isə buna dəyməz".
Qeyd edək ki, Donald Trampın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərində Rusiyanın müdaxilə isə qələbə qazanması ittihamı irəli sürüldükdən sonra onun impiçment edilməsi ilə əlaqədar rəsmi və qeyri-rəsmi səviyyələrdə müzakirələr başlayıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31