Qadın hüquqşünasa ağır cəza: 148 şallaq cəzası və…

İranlı hüquq müdafiəçisi və siyasi məhbus Nəsrin Sotudəyə 38 il həbs, 148 şallaq cəzası verilib.

Bu barədə məhbusun həyat yoldaşı Rza Xanedan məlumat yayıb.

İran rəsmi xəbər agentlikləri isə Nəsrin Sotudənin "hakimiyyət əleyhinə təşkilatlanmaq və sövdələşmək" ittihamı üzrə 5 il, "İran dini liderini təhqir etmək" ittihamı üzrə isə 2 il olmaqla, ümumilikdə 7 il həbs cəzasına məhkum edildiyi barədə xəbər yayıblar.

Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verib.

Nəsrin Sotudənin vəkili müvəkkilinə qarşı irəli sürülmüş 2 cinayət işi üzrə məhkəmə iclasının keçirildiyini bildirib. O, məhbusun məhkəmədə iştirak etmədiyini, hökmün qiyabi formada verildiyini bildirib.

Qeyd edək ki, Nəsrin Sotudə keçən il iyunun 12-də İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib.

teleqraf

Regional proqramlar Şəkidə uğurla icra edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31