Almaniya ABŞ və Çin arasında qalıb
12 Mart 2019 16:21 DünyaAlmaniya yeni qlobal ticarət sistemində Çinlə ABŞ arasında potensial seçim edə bilmir.
ABŞ-ın NATO-ya üzv müttəfiqlərini sona qədər qorumaq planlarının Tramp tərəfindən şübhəyə alınması, Qərb siyasətində populist sağçıların üstünlük qazanaraq azad ticarətə maneələr törətməsi, həmçinin, Çinin nisbətən zəif İtaliya, Yunıstan və Portuqaliya kimi ölkələrin iqtisadiyyatına alternativ yardım ayırmaq təklifi Merkel üçün ciddi suallar doğurub.
Bu faktorlar sürətli iqtisadi artım dövrünü geridə qoyan Almnaniya üçün ABŞ və Çin arasında seçim etməsini labüdləşdirir.(modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31