İstanbulda yeni dəmiryol istifadəyə verildi - "Marmaray"a birləşdiriləcək
12 Mart 2019 15:48 DünyaTürkiyənin İstanbul şəhərində 76,6 km uzunluğa malik yeni Halqalı-Qəbzə dəmiryolu istifadəyə verilib.
Yeni dəmir yolu sahəsi Marmaray dəmiryol tunelinə inteqrasiya olunacaq. Halqalı-Qəbzə dəmiryolunun tikintisi çərçivəsində ümumilikdə 38 yeni dəmiryol stansiyası inşa olunub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, Halqalı-Qəbzə dəmiryol xəttinin istismara verilməsi sərnişindaşımanın artmasına imkan verəcək. Gündəlik olaraq bu xətt üzrə 1 milyon sərnişin daşımaq mümkün olacaq.
Qeyd edək ki, 2020-2021-ci illərdə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə 64,275 milyard lirə ayrılacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31