Putindən Paşinyanın rəqibinə yüksək vəzifə: Tarazılıq dəyişir
12 Mart 2019 14:14 DünyaRusiya hökuməti "Zarubejneft" şirkətinin idarə heyətinə 7 namizədin siyahısını təsdiqləyib.
Bu barədə TASS məlumat yayıb.
Qərara əsasən, Ermənistanın sabiq baş naziri Karen Karapetyan idarə heyətinə namizəd olub.
Qeyd edək ki, bir müddət əvvəl İrəvana gələn Karen Karapetyan burada Ermənistanın keçmiş siyasi elitasının üzvləri ilə iki görüş keçirib. Görüşlərdə hazırkı Nikol Paşinyan hökumətinə qarşı birgə mübarizə aparmaq haqda anlaşma əldə edilib.
Vaxtilə hakimiyyətdə olmuş "Qarabağ klanı"nın nüfuzlu üzvlərindən olan Karen Karapetyan Ermənistanda Rusiyanın ən etibarlı adamlarından biri kimi tanınır.
Yenidən siyasi meydana qayıdan sabiq baş nazirin hakimiyyətə iddialı olduğu da gələn məlumatlar arasındadır.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31