Moskva nüvə silahını nə vaxt tətbiq edəcəyini açıqladı
12 Mart 2019 12:48 DünyaRusiya regional konfliktlərdə heç vaxt nüvə silahı tətbiq etməyəcək.
Bunu Karnegi Fondunda çıxışı zamanı Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O, Rusiyanın nüvə silahından yalnız ölkəyə təhdid olacağı halda istifadə edəcəyini bildirib:
"Rusiyanın nüvə zərbəsini ilk endirməklə bağlı heç bir konsepsiyası yoxdur. Rusiyanın hərbi doktrinasında nüvə silahının hansı şəraitdə tətbiqinə dair dəqiq şərt var. Bu şərtlərdən birincisi Rusiya hücumdur, ikincisi isə ölkənin varlığına təhdid yaranmasıdır".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31