“Huawei” ağıllı saatları təqdim edəcək
12 Mart 2019 11:52 Dünya"Huawei" ötən il Londonda təşkil etdiyi tədbirdə ağıllı saatı "Huawei Watch GT"ni tanıtmışdı.
Olaylar.az bildirir ki, "WinFuture" tərəfindən dərc olunan hesabata görə, "Huawei" 26 mart tarixində yeni flaqman smartfonlarını təqdim edəcək.
Şirkət eyni zamanda "Watch GT"in yenilənmiş versiyalarını da tanıdacaq. Yeni ağıllı saatların "Watch GT Active" və "Watch GT Elegant" olaraq adlandırılacağı bildirilir.
Hər iki ağıllı saat "Watch GT"yə oxşar 1,39 düymlük OLED ekrana sahib olacaq. Əməliyyat sistemi olaraq "Huawei"nin öz əməliyyat sistemindən istifadə olunacaq. Hər iki ağıllı saatın enerji saxlama müddəti "Watch GT" ilə müqayisədə daha uzun olacaq.
"GT Active" təxminən 280 dollara, "GT Elegant" isə 257 dollara təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31