İranla İraq razılaşdı
12 Mart 2019 00:49 Dünyaİran ilə İraq arasında viza müqaviləsi barədə razılaşma əldə edilib.
Axar.az xəbər verir ki, bunu İran prezidentinin Rabitə və İctimaiyyətlə Əlaqələr üzrə müavini Bərviz İsmaili bildirib.
"Ruhani və Əbdülmehdi arasında keçirilən görüşdə iki ölkə vətəndaşları üçün vizanın aprel ayından etibarən pulsuz olması barədə qərar qəbul edilib", - İsmaili deyib.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu gündən İraqda rəsmi səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31