Rusiya Arktikada 500-ə yaxın hərbi obyekt tikib
11 Mart 2019 18:09 Dünya"Rusiya Müdafiə Nazirliyi 2012-ci ildən Arktikada 475 hərbi infrastruktur obyekti tikib".
Bunu ölkənin müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin iclasında deyib.
Nazir bildirib ki, 2018-ci ilin sonunadək Kotelnı, Aleksandra Torpağı, Vrangel adalarında və Şmidt burnunda tikilmiş obyektlərin ümumi sahəsi 710 min kvadrat metrdən çoxdur.
Onun sözlərinə görə, Arktikadakı hərbi obyektlərdə hərbi qulluqçular, xüsusi silah-sursat və texnika yerləşdirilib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31