“Ruhaninin Suriyaya səfəri gözlənilir”

Bunu İranın Suriyadakı səfiri Cavad Türkabadi bu gün "al-Ahed News" xəbər saytına açıqlamasında deyib.

Suriya prezidenti Bəşər Əsədin Tehran səfərini uğurlu adlandıran səfir qeyd edib ki, İran və Suriya rəsmiləri davamlı olaraq bir-biri ilə əlaqədədirlər.

"Bəşər Əsədin Tehrana səfəri uğurludur və İran rəsmilərinin Suriya dövləti və xalqına olan sevgisinin göstəricisidir. İnşallah, tezliklə prezident Ruhaninin də Dəməşqə səfərinin şahidi olarıq" - deyə diplomat qeyd edib.(ona.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31