Ərdoğanın mitinqinə gedən polislər qəzaya düşdü: 2 ölü...

Türkiyənin Van şəhərindən Prezident Rəcəb Tayyib Ərdoğanın Hakkaridə keçiriləcək mitinqinə gedən polisləri daşıyan mikroavtobus sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində 2 nəfər həlak olub, 6-sı polis olmaqla 15 nəfər yaralanıb.

Yaralılar Vanda yerləşən xəstəxanalara çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, sərnişin avtobusunda olan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31