"Mauqli" tapıldı: anası 5 yaşlı qızını zibil içində qoyub getdi - VİDEO - FOTO

Rusiyanın paytaxtı Moskvadakı Leninqrad şossesində yerləşən binalardan birində sahibsiz, təkbaşına qalmış 5 yaşlı qız xilas olunub.

5 yaşlı qız xəstəxananın reanimasiya bölməsinə aparılıb. Qonşuların dediklərinə görə, uşağı evdə tək qoyaraq yoxa çıxmış ananı polislər saxlayıblar. O, hazırda istintaqda ifadə verir.

Moskva Şəhər Prokurorluğundan verilən məlumata görə, zibilxanaya çevrilmiş mənzildə yaşayan qızda anoreksiya əlamətləri var. Onun boynunda dərisinə yapışmış xaç aşkarlanıb.

Sosial şəbəkələrdə "Moskva Mauqlisi" adlandırılan qız danışa bilmir, yalnız səslər çıxarır. O, geyinməyi, yuyunmağı, ayaqyoluna getməyi də bacarmır.

Həddən artıq ağır formada arıqlamış uşaq indi müalicə olunur. Həkimlərin dediklərinə görə, 5 yaşlı qız hətta çeynəmək və udmaq bacarıqlarından məhrum olduğu üçün müalicə çox çəkəcək.

Qızın 47 yaşlı anasına qarşı RF CM-nin 30 və 105-ci maddələri əsasında cinayət işi qaldırılıb.

"Bu qızın anası mənzilə çox nadir hallarda gəlirdi. Əri onu uşaqla atıb, sonra da deportasiya olunub. Uşaq mənzildə qışqırır, ağlayır, özünü qapıya çırpırdı. Mən də polis çağırdım", - qonşulardan biri deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31