Bəhreyn-Moskva təyyarəsi Bakıda TƏCİLİ eniş etdi - BOMBA HAQDA MƏKTUB VAR - FOTO

"Ural Hava Yolları" şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. 

Bəhreyn şəhərindən Moskva şəhərinə uçan "Ural Hava Yolları" şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da  Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb - HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilmişdir.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

Məlumatlar yeniləndikcə əlavələr ediləcəkdir.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31