Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Bunu ölkənin dövlət televiziyası xəbər verir.

Efiopiyanın "Ethiopian Airlines" dövlət hava yolları şirkətinə məxsus "Boeing 737" tipli təyyarənin qəzaya uğradığı yerdə qara qutularından biri tapılıb.

Bunu ölkənin dövlət televiziyası xəbər verir.

Xatırladaq ki, martın 10-u səhər saatlarında paytaxt Əddis-Əbəbə şəhərindən Keniyanın paytaxtı Nayrobiyə uçan təyyarənin havaya qalxdıqdan 6 dəqiqə sonra yerə çırpılması nəticəsində 157 sərnişinin və uçuş heyətinin hamısı ölüb.

Bununla bağlı Böyük Britaniya, Çin Mülki Aviasiya Müdirliyi, Malayziya, Kayman adaları, Efiopiyanın bir sıra hava yolu şirkətləri "Boeing 737 Max 8" tipli təyyarələrindən imtina ediblər.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31