Ermənistan hakimiyyəti konstitusiyanı iki dəfə pozub
11 Mart 2019 14:01 DünyaPaşinyan hökuməti Konstituasiyanı pozmaqda ittiham olunub.
Bu barədə "İşıqlı Ermənistan" partiyasının sədri, deputat Edmon Marukyan açıqlama verib.
Onun sözlərinə görə ölkə Konstitusiyası ilk olaraq yeni hökumətin formalaşması zamanı pozulub.
Belə ki, nazirlər kabinetinin 18 üzvünün adı 15 gün ərzində prezidentə təqdim olunmayıb.
"Ötən həftə isə 2-ci pozuntuya yol verilib. Söhbət parlamentdə keçən hökumət saatından gedir. Həmin iclasda müvəqqəti olaraq nazir səlahiyyəti icra edən şəxslər iştirak edə bilməzdi. Onlar isə nəinki iclasa qatılıblar. Həmçinin, deputatların suallarına da cavab veriblər".(modern.az)
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31