Daha bir ölkə “Boeing” təyyarələrindən istifadəyə qadağa qoydu

Böyük Britaniyanın "Cayman Airways" aviaşirkəti Efiopiyada baş verən aviaqəzadan sonra "Boeing 737 Max 8" təyyarələrindən istifadəni dayandırıb.

Olaylar.az bildirir ki, aviaşirkətin saytında verilən məlumatda bu qərarın sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün qəbul olunduğu qeyd edilib.

"Boeing 737 Max 8″ə qoyulan qadağa, Efiopiyadakı qəzanın səbəbləri müəyyən olunana qədər qüvvədə olacaq.

Qeyd edək ki, Çin Xalq Respublikası da, 157 nəfər ölümünə səbəb olan aviaqəzadan sonra eyni addımı atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31