Putinin internet qadağasına qarşı etiraz - 28 nəfər saxlanıldı

Rusiyada internetə qoyulan qadağalar xalqın etirazına səbəb olub.

Moskva şəhərinin Saxarov prospektində prezident Putin hakimiyyətinin internetdəki yayımlara qadağalar tətbiq etdiyi üçün "internetə azadlıq" adı altında etiraz aksiyası keçirilib.

Polis etiraz aksiyasından əvvəl üstündə şüar yazılı olan afişa və şarları iştirakçılardan alıb. Aksiya zamanı 28 nəfərin tutulduğu deyilir.

Rusiyanın Daxili İşlər Nazirliyi mitinqdə 6 min 500 nəfərin iştirak etdiyini bildirsə də, müxalifət bu sayın 15 min 300 olduğunu iddia edib.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31