Türkiyə İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsində yerləşən PKK terror təşkilatının düşərgələrinə ağır zərbələr endirib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, aviazərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarları məhv edilib.