Qatar relsdən çıxdı: yaralılar var

İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə bu gün yerli vaxtla 10:30-da Boqor bələdiyyəsində baş verib.

Hadisə şahidləri bildirir ki, hadisəyə səbəb elektrik xətti dirəyinin aşması olub, ancaq hal-hazırda araşdırma aparılır.

Qatar Cakartadan turistlər arasında məşhur olan Boqora gedirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31