İslamı təhqir etdi, 10 il iş kəsildi
10 Mart 2019 18:39 DünyaBu barədə yerli polisə istinadən CNN məlumat yayıb.
Malayziyada 22 yaşlı kişi sosial şəbəkələrdə İslam dinini təhqir etdiyinə görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə yerli polisə istinadən CNN məlumat yayıb.
Polisin məlumatına görə, o, sosial şəbəkəyə İslam və Muhəmməd peyğəmbəri (s) təhqir edən səs yazısı yerləşdirib.
Bildirilir ki, ona qarşı 10 ittiham irəli sürülüb. Kişini 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası və ya 12 min dollar məbləğində cərimə gözləyir. O, öz günahını etiraf edib.
Bununla yanaşı, Malayziya polisi daha üç nəfərə qarşı dini təhqir etdiklərinə görə ittiham irəli sürərək, onları nəzarətə götürüb.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31