İŞİD-ə öldürücü zərbə: Bütün məlumatlar ələ keçirildi
10 Mart 2019 13:10 DünyaTürk hakerlərdən ibarət "Aslan Nəfərlər dəstəsi" İŞİD-ə məxsus "İslamicstate.gq" adlı internet saytına haker hücumu təşkil edib.
Türk hakerlər məlumat bazasının ələ keçirildiyini görən terrorçuların saytı bağlamasına baxmayaraq bütün informasiyanı götürməyə müvəffəq olublar.
Saytda minlərlə məlumatı ələ keçirən hakerlər çoxlu sayda terrorçunu deşifrə edib. Terrorçuların telefon danışıqları, coğrafi koordinatları, kamera görüntüləri, Teleqram, Votsap danışıqları, şəkilləri, Tvitter yazışmaları, şəxsiyyət vəsiqələri, kredit kartları məlumatları və İP nömrələri ələ keçirilib.
Türk hakerlər məlumatları təhlükəsizlik orqanlarına verdiklərini açıqlayıblar.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31