Putinin gülləkeçirməz “Aurus”undan hər kəs ala bilər

Rusiya "Aurus" avtomobillərinin Avropada satışına 2021-ci ildən başlayacaq.

Bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib.

Nazirin sözlərinə görə, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribyuterlərin müəyyən edilməsi üçün iş gedir.

Denis Manturov qeyd edib ki, "Aurus" avtomobillərinin "SUV" yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq: "Ümumilikdə "Aurus" brendi altında dörd model - sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək. "Aurus" limuzinləri yalnız eksklüziv istehsal olunacaq. Bu avtomobillərin sadə versiyası olmayacaq. Onların yalnız zirehli variantı istehsal ediləcək".

Nazir bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin zirehli "Aurus" limuzinindən istifadə edir.

Onun sözlərinə görə, belə zirehli avtomobili hər kəs sifariş verə bilər.(teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31