Merkel istefa verə bilər
10 Mart 2019 12:47 DünyaMerkeli daha parlaq lider keyfiyyətlərinə malik siyasətçi əvəzləyə bilər.
Almaniyanın sabiq xarici işlər naziri Ziqmar Qabriel baş nazir Angela Merkelin erkən istefa verə biləcəyini bəyan edib.
"Augsburger Allgemeine" qəzetinin verdiyi məlumata görə, Z. Qabriel A. Merkelin siyasətindən narazılığın artması səbəbindən belə bir addım ata biləcəyini söyləyib.
Sabiq xarici işlər naziri deyib ki, A. Merkeli daha parlaq lider keyfiyyətlərinə malik siyasətçi əvəzləyə bilər.
Qeyd edək ki, A. Merkeli Xristian-Demokrat İttifaqının rəhbəri Anneqret Kramp-Karrenbauer əvəzləyəcəyi gözlənilir.(ona.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31