Nazir istefa verdi

Baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin ölümündən sonra istefa verib.

Baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində azı 11 körpə ölü aşkar olunub.

Hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya yaradılıb.(teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31