Özbəkistan iri limanlarda nümayəndəliklərini açır

Özbəkistan dünyanın iri limanlarında öz nümayəndəliklərini açacaq.

Bu barədə Özbəkistan Sərnişin və Yük Daşımaların İnkişafı üzrə Yol Xəritəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəzər, Qara, Aralıq dənizləri və İran körfəzi akvatoriyasının limanlarında və transkontinental dəniz qovşaqlarında nümayəndəliklər, habelə frant-ofisləri, yükləmə-boşaltma ilə məşğul olan şirkətlərin yaradılması nəzərdə tutulur.

Bu istiqamətdə işlərə iyun ayının 1-dən başlanılacaq.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31