ABŞ-ın eks-prezidenti Pxenyana gedir: Trampa kömək
8 Mart 2019 19:04 DünyaABŞ-ın keçmiş prezidenti Cimmi Karter Şimali Koreyaya getməyə və Kim Çen İnlə danışıqları dalana dirənmiş ölkə başçısı Donald Trampa kömək etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə "Politiko" nəşri yazıb.
Karter ABŞ hökumətinin müraciət edəcəyi halda Pxenyana gedə biləcəyini söyləyib.
Xatırladaq ki, Karter Şimali Koreyada nüfuzlu simalardan biri sayılır. Eks-prezident dəfələrlə Şimali Koreyada sülhməramlı missiyalarda iştirak edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31