Tramp yenə Melaniyanı yaddan çıxardı - Video

ABŞ Prezidenti Donald Tramp və Çexiyanın Baş naziri Andrey Babiş arasında keçirilən görüşdə maraqlı hadisə yaşanıb.

Ağ Evin qarşısında Donald Tramp və Melaniya Tramp çexiyalı mötəbər qonaqları qarşılayıb.

Liderlər bir-birinin əlini sıxdıqdan sonra həyat yoldaşlarını gözləmədən Ağ Evə daxil olub. Qadınların yaşanan hadisəyə görə təəccübləndiyi hiss olunsa da, bir qədər sonra onlar da liderlərin ardınca binaya daxil olublar.

Sosial şəbəkə istifadəçiləri Trampı bu hərəkətinə görə kəskin tənqid ediblər. Onun bu cür davranışlarının dəfələrlə təkrar edildiyi bildirilib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31