Canavarlar kəndə endilər - İtlərə hücum

Ərzurumda güclü qar və soyuq hava səbəbindən ac qalan canavarlar dağlardan kəndə enib.

Kənddə 4 qurd vətəndaşlar tərəfindən telefonla görüntülənib.

Gecə saatlarında kəndə daxil olan canavarlar bir müddət gəzdikdən sonra meşəyə qayıdıb.

Qeyd edək ki, Ərzurumda qar və şaxtalı havalar səbəbindən vəhşi heyvanlar yemək tapmaq məqsədilə kəndlərə enirlər.

Yerli əhali bildirir ki, həyətdə saxladıqları itlər zaman-zaman qurdların hücumuna məruz qalır.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31