Poroşenkoya çağırış: Vaxt itirmə, geri çəkil...

Ukrayna Batkivşina Partiyasının lideri Yuliya Timoşenko hazırkı prezident Pyotr Poroşenkonu seçkilərdə namizədliyini geri götürməyə çağırıb.

Bu barədə RİA yazıb.

"Pyotr Alekseyeviç namizədliyini geri götürə bilər. Ona olan ictimai dəstəyin son göstəricilərini nəzərə alsaq, bu onun üçün sadəcə vaxt itkisidir", - Timoşenko bildirib.

Qeyd edək ki, Ukraynada martın 31-də prezident seçkiləri keçiriləcək.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31