“Turkish Cargo” sirk aslanlarını qoruğa qaytardı

124 ölkəyə xidmət təklif edən və dünyanın ən sürətlə inkişaf edən yükdaşımaşirkəti olan "Turkish Cargo" 4 aslanı Kiyevdən İstanbul üzərindən Cənubi AfrikaRespublikasına (CAR), onların təbii yaşayış mühitinə nəql edib. "OLAYLAR" xəbər verir ki, şirbalası Natan və 3 aslan bacıları Luka, Çarli və Kay Ukraynada təbii mühitindən uzaq, günəş görməyən və havasız 35 kv. metrlik beton və paslanmaz qəfəsdə yaşayaraq, sirk heyvanları kimi istifadə olunurdular. Şirlər heyvan hüquqları müdafiəçisi olan "World Lawrence Anthony" təşkilatı (LAEO) tərəfindən xilas edilib. "Türk Hava Yolları"nın qlobal yükdaşıma brendi olan "Turkish Cargo"nun sponsorluğu ilə aslanlar CAR-dakı qoruğa göndərilib.

Aslanlar xüsusi qida ehtiyacı ilə dizayn edilmiş xüsusi konteynerlərdə veterinarlar, LAEO-nun iki nümayəndəsi və IATA sertifikatlı "Tukish Cargo" personalının müşayiəti ilə nəql edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31