Paşinyanı hakimiyyətə Sarkisyan gətirib?
7 Mart 2019 16:24 DünyaRusiya Ermənistanda baş verən inqilabda Serj Sarkisyanın barmağının olmasından şübhələnir.
Bu barədə "Hraparak" qəzeti yazıb.
Qəzet yazır ki, keçmiş hakimiyyət Rusiyanı Paşinyanın hakimiyyətə gəlişinə kömək etmədiklərinə inandırmağa çalışır.
"Lakin Moskva buna inanmır. Bu yaxınlarda erməni xadimlərdən biri bizə onun da iştirak etdiyi görüşdə Putinin Sarkisyana narazılığını bildirdiyini söyləyib. Putin deyib ki, uzun illər davam edən dostluq xatirinə, sadə etikaya uyğun olaraq, Sarkisyan istefa bəyanatı ilə çıxış etməzdən əvvəl ona zəng etməli, məlumat verməli idi", - deyə qəzet yazıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31