Kabulda dəhşətli partlayış - ölən və yaralananlar var
7 Mart 2019 15:14 DünyaƏfqanıstanın paytaxı Kabulda din xadimi Abdul Əli Məzarinin vəfatının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı partlayış törədilib.
Olaylar.az bildirir ki, Əfqanıstan DİN-in sözçüsü Nasrat Rahimi məlumatına görə partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Tədbirdə Əfqanıstanın baş naziri Abdullah Abdullah, ölkənin keçmiş prezidenti Həmid Karzay, xarici işlər naziri Səlahəddin Rəbbani və keçmiş prezidentin müşaviri Hanif Atmar iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31